Yuxarı

Azərsu: Su problemi yaranarsa, maşınla daşıyacağıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərsu: Su problemi yaranarsa, maşınla daşıyacağıq - Video

Düşünürəm ki, bu il su ilə bağlı elə də ciddi problemimiz olmayacaq. Əgər hər hansı lokal problem yaranarsa, suyun maşınlarla daşınması yolu ilə problemi həll edəcəyik.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün "İş vaxtı" verilişinə açıqlamasında Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, fors-major hallarda əhalinin su təchizatında problem yaranması istisna deyil:

"Maksimum çalışırıq ki, vətəndaşların suya olan tələbatını ödəyək, hamı su alacaq. Hətta ötən ildən təcrübəmiz var. Suyun çatmadığı elə yerlər var ki, maşınlarla suyun daşınmasını təmin etdik. Vətəndaşlar pulsuz ondan istifadə etdilər.

Fors-major hallarda müəyyən çətinliklərin yaranması istisna deyil. Magistral kəmərlərdə qəza baş verərsə, müəyyən çətinliklərimiz yarana bilər. Qəzaların aradan qaldırılması 5-10 saat vaxt apararsa, onun su təchizatı sisteminə təsiri 1-2 gün davam edir. Çünki rejim tənzimlənmələrinin aparılması, anbarların boşalıb-doldurulması, xətlərdə təzyiqin formalaşdırması müəyyən qədər vaxt tələb edir".

Tarix
2021.06.25 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla