Yuxarı

Allahın Novruzəli və Harmona cavabı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyalı Stefan Harmon koronavirusla məzələnib və müalicələrdən, vaksindən imtina edib, Allaha sığınıb. Nəticəsi...

Nəticədən əvvəl bu rəvayəti deyim.

Demək, böyük bir daşqından sonra qəsəbə su altında qalır, insanlar əllərinə keçəni götürüb, canlarını qurtarmaqçün evlərini qoyub qaçır, arxalarına belə baxmır. Fırtına getdikcə güclənir, mal-qaranı, maşınları udur, balaca evləri yerindən tərpətməyə başlayır. Bütün insanlar qaçsa da, Novruzəli (məsələn) kişi ikimərtəbəli evinin damında oturub təlaş içində ora-bura qaçan, üzən insanlara baxır. Fəlakətdən 1 saat keçməsinə baxmayaraq, hansısa möcüzəli bir qüvvə Noruzəli kişinin evini hələ də Kvazimoda kimi dimdik ayaq üstə saxlayır.

Novruzəli kişi iki əlini açıb dua eləməyə başlayır, su evin birinci mərtəbəsinə dolur. Elə bu vaxt qonşuları və bir neçə xilasedici balaca bir qayıqla kişinin evinə yaxınlaşır, amma kişi qayığa minməkdən imtina edir:

- Məni Allah xilas edəcək! Əl çəkin məndən!

Su Novruzəli kişinin topuğuna çatır. Novruzəli kişi duasına ara vermir. Qapıbir qonşusu xilasedicilərə and-aman edib onlarla bir yerdə yenə birtəhər Novruzəli kişinin evinə yanaşır. Amma Norvuzəli kişi o vaxt Nuh peyğəmbərə inanmayan bir qövm kimi “Nuh” deyir, “peyğəmbər” demir:

- Mən Allahın sadiq qulu, sevimli bəndəsiyəm, məni Allah saxlayacaq, əl çəkin məndən!

Novruzəli kişi bir neçə dəqiqədən sonra öz sevimli evinin çardağında sularla boğuşa-boğuşa ölür.

O dünyada İnkir-Minkir gələn kimi xahiş edir ki, dayanın, ilk sualı özüm Allahıma verəcəm. Üzünü tutur Yaradana ki, sənə yalvardım axı, məni niyə xilas etmədin?

Allahın cavabı bu olur:

- Mən sənə 2 qayıq göndərdim, sən minmədin. Başqa nə gözləyirdin?

İndi gələk “Kaliforniyalı Novruzəli” Stefan Harmona. Harmon koronaya yoluxmazdan əvvəl vaksinasiya və qadağalara məhəl qoymadan, buna qarşı çıxıb. Yazıb ki:

- Bibliyanın insan tərəfindən yazıldığı üçün ona inanmağı rədd edib, adi bir həkim tərəfindən tərtib edilən koronavirus bələdçisinə inanırsınız. Tamamilə məntiqlidir.

Və əlbəttə ki, koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib. Yenə məzələnmələrdən əl çəkməyib. Həkimlər süni tənəffüs aparatının artıq bir xeyri olmadığını bilib, onu aparatdan ayıranda isə yazıb:

- Tanrının məni sizin bu axmaq ventilyasiya aparatı ilə sağaldacağına inanırsınızsa, onda palatamdan rədd olub gedin, burada nə qorxuya, nə də inancsızlığa yer yoxdur.

Bu, Harmonun son zarafatı olub...

Yəqin ki, Harmonun o dünyada ilk sualı Novruzəli kişinin sualından olacaq. Və yəqin ki, Allahın da ona cavabı bu olacaq:

- Mən sənə 4 cür vaksin göndərdim, sən vurdurmadın. Başqa nə gözləyirdin?

Tarix
2021.07.26 / 23:19
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla