Yuxarı

Təhsil krediti: bu güzəştlər tətbiq edildi – Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil krediti: bu güzəştlər tətbiq edildi – Nazir müavini

Təhsil kreditinə görə faizlərin hesablanması qaydaları yumşaldılıb.

Axar.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini İdris İsayev açıqlama verib.

“Normativ təhsil müddətində təhsil kreditinə görə faizlərin hesablanması fərqli ola bilər. Tutaq ki, tələbə bakalavr səviyyəsində təhsil alır. 4 illik təhsil müddətində bu, 8 semestr təşkil edir. Bu müddət ərzində tələbə kreditinə görə faizlər hesablanmayacaq. Təhsil müddəti bitdikdən sonra tələbəyə imkan veriləcək ki, o, əmək bazarında işləsin, sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmiş olsun və krediti qaytara bilsin. Buna görə güzəşt dövrü 2 il müddətinə müəyyənləşdirilib. 2 il ərzində tələbədən kreditin qaytarılması tələb olunmayacaq və faizlər hesablanmayacaq. Əgər həmin dövrdə tələbə əmək fəaliyyəti ilə məşğul olacaqsa, güzəşt dövrü həmin tarixdən dayandırılacaq”, - nazir müavini bildirib.

Tarix
2021.07.29 / 14:03
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla