Yuxarı

Vaksinə qarşı arayış təqdim edən təhsil işçiləri... - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək 41 minə yaxın təhsil işçisi COVİD-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, həmin təhsil işçiləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edildiyi kimi "Əks göstəriş" sertifikatı da təqdim etməlidirlər. Əks halda onlar vaksinasiyadan səbəbsiz imtina etmiş şəxslər kimi qəbul olunacaqlar.

"Qeyd edək ki, 18 avqust 2021-ci il tarixində Təhsil Nazirliyi tərəfindən ölkənin təhsil müəssisələrinin işçi heyətinin vaksinasiyasının daha sürətli təşkilinə həsr edilmiş onlayn iclas keçirilib. İclasda bütün yerli təhsili idarəetmə qurumlarının, eləcə də nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri, vaksinasiyanın təşkili və təşviqinə məsul əməkdaşları iştirak edib. İclas iştirakçılarına təhsil müəssisələrinin vaksinasiya edilməyən işçi heyətinə məsələnin əhəmiyyətinin izah edilməsi, ümumilikdə Nazirlər Kabineti tərəfindən bu sahədə verilən tapşırıqların lazımi qaydada icra edilməsi tapşırılıb. Bildiririk ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVİD-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş" sertifikatının verilməsinə başlanılıb. Unutmayaq ki, ənənəvi təhsilin bərpası üçün vaksinasiya vacibdir", - məlumatda vurğulanıb.

Tarix
2021.08.19 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla