Yuxarı

Saxta vaksin pasportu satan 3 nəfər saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxil olmuş məlumat əsasında keçirilən müvafiq tədbirlər nəticəsində müəyyən edilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən e-TƏBİB elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilməsi həyata keçirilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan Axar.az-a birgə verilən məlumata görə, paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib.

Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bir məqam xüsusi olaraq vurğulanmalıdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər koronovirusla mübarizədə fədakar fəaliyyətləri ilə xalqımızın böyük rəğbətini qazanan qəhrəman həkim və tibb işçilərinin əməyinə əsla kölgə salmamalıdır. Onlar həmişə olduğu kimi, bu gün də hər birimizin sağlamlığının keşiyində əzmlə dayanıblar.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat vermələrini xahiş edir.

Tarix
2021.08.27 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə

Türkiyə Suriyada hava bazası açır?

Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla