Yuxarı

“E-təbib” blutuzsuz işləmir: Peyvəndi insanın özündə “görür”?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“E-təbib” blutuzsuz işləmir: Peyvəndi insanın özündə “görür”?

“E-təbib” tətbiqinin blutuz aktiv edilmədən çalışmaması müzakirələrə və şübhələrə yol açıb.

Axar.az xəbər verir ki, “E-təbib” tətbiqini telefona yükləməklə, koronavirusla bağlı ən son məlumatları öyrənməklə yanaşı, şəxsin fərdi məlumatı, peyvənd sertifikatının olub-olmaması, test analizi və s. bütün informasiyalar, şəxsi kabinetdə isə fotosuna qədər görünür. Bu tətbiqin üstünlüklərindən biri də üzərində hər hansı bir sənəd götürmədiyin zaman şəxsi kabinetindəki məlumatla peyvənd sertifikatının informasiyalarını tutuşdurmaq və sertifikatın olduğunu sübut etmək imkanıdır.

Ancaq maraqlıdır ki, “e-təbib” tətbiqi blutuz açıq olmadan aktivləşmir. Üstəlik, peyvənd vurulduğu anda mobil telefonda olan bu tətbiqi aktivləşdirərkən, artıq bütün göstəricilər ekranda görünür. İstifadəçilər isə peyvənd vurulmasının tətbiqdə dərhal görülməsinə şübhə ilə yanaşırlar. İddialar da buradan yaranıb: tətbiq blutuz vasitəsilə peyvənd olunduğunu “görür”, buna görə də tətbiqin çalışması üçün blutuzun açılması şərtdir.

Bu şayiənin yayılmasının digər səbəbi isə “e-təbib”dən başqa heç bir tətbiqdə blutuzun aktivləşməsinin tələb edilməməsidir.

Mütəxəssislərin bildirdiyinə görə isə “e-təbib” tətbiqində blutuz şərti yaxınlıqda korona xəstəsinin olub-olmadığını telefon sahibinə xəbər vermək üçün hazırlanıb. Belə ki, korona xəstəsi evi tərk edərsə və yaxud hər hansı bir şəxsin test nəticəsi pozitiv çıxarsa, onun son bir neçə gündə ünsiyyətdə olduğu şəxslər həm də blutuz vasitəsilə müəyyənləşir və həmin şəxslər xəbərdar edilir. Belə çıxır ki, blutuz şərti olmasaydı, virusa yoluxmuş şəxslərin də gəzmələri, başqalarını yoluxdurmaq imkanları xeyli artardı.

Yəni “e-təbib” tətbiqində blutuz şərti proqramın daha faydalı olmasına hesablanıb.

Tarix
2021.09.14 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla