Yuxarı

Olimpiya komplekslərimizin qapısı niyə bağlıdır? - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rayonlarda idmana maraq getdikcə azalır. Gənclər idmana cəlb edilmir, məktəblərarası yarışlar keçirilmir. İdman müəllimlərinin əksəriyyətinin şahmatdan belə anlayışı yoxdur. Bir vaxtlar müxtəlif idman növlərində millinin əsas heyətini formalaşdıran rayonlardan bu gün barmaqla sayılacaq sayda idmançı çıxır. Bəs, bunun səbəbi nədir? Hər rayonda idman kompleksinin olmasına baxmayaraq, əyalətdə idman niyə inkişaf etmir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən idman şərhçisi, jurnalist Azər İsmayıl bildirib ki, rayonlarda idmana kifayət qədər maraq olsa da, peşəkarlıq yoxdur:

“Olimpiya İdman Kompleksləri barədə son zamanlar çox söz-söhbətlər olsa da, olimpiya idman növləri ödənişsizdir. Lakin bəzi komplekslərdən otel kimi istifadə olunur, bəzilərində avadanlıqlar yenilənmir. Bir çox bölgələrdə şahmat məktəbləri də var. Futbolda kütləvilik üçün müəyyən işlər görülür. Ən azından hər rayonda gənclərin futbolla məşğul olması üçün məkan var. Düşünürəm ki, əsas problem peşəkarlıq səviyyəsinin artmamasında və ayrı-ayrı idman federasiyalarının buraxdığı boşluqlardadır. İdmana diqqətsizlik və soyuq yanaşma var. Monitorinq aparsaq, görərik ki, ölkəmizdə idmanla məşğul olan kifayət qədər idmançı var. Lakin olimpiya və dünya çempionları son illərdə çox az yetişir. Problemi burda axtarmaq lazımdır. Bunun əsas səbəbi isə məşqçilərdə peşəkarlıq səviyyəsinin olmamasıdır. Məşqçilərin çoxu sovet dönəmindən qalanlardır. Onlar da yenilənmir. Məsələn, futbol məşqçiləri müxtəlif kateqoriya almadan işləyə bilmirlər. FİFA və UEFA kurslarında iştirak edib kateqoriyalar alırlar ki, onlar bölgələrdə işləyə bilsinlər. Digər idman növlərində bu cür ixtisaslaşma çox azdır”.

Jurnalist qeyd edib ki, idman yarışlarının düzgün təşkil olunmaması, sistemin qurulmaması insanları idmandan bir qədər çəkindirir:

“Ucqar kəndlərdə yaşayan valideynlər uşağının idmanla məşğul olmasını istəmir. Valideyn bilir ki, orada uşağın peşəkar səviyyədə yetişmə imkanı çox azdır. Peşəkar mühit paytaxtda toplanıb. Əsas problemlərdən biri də budur. Bölgələrdə şahmat məktəblərində olmuşam. Deməzdim ki, orada ideal iş var. Müəllimlər sadəcə ilkin nəzəriyyəni öyrədirlər. Bölgələrdə futbol klubları yoxdur. 17-18 yaşlı gənclər əsas komandada oynaya bilmirlər. Futbolun inkişafı üçün rayonlarda komandalar olmalıdır. Üzgüçülük sahəsindəki əsas problem hovuzların ödənişli olmasıdır”.

A.İsmayıl yeni gənclər və idman naziri Fərid Qayıbovdan böyük gözləntilərinin olduğunu deyib:

“Yeni nazirlə dəfələrlə müsahibələrdə olmuşuq. Fərqli və kreativ rəhbərdir. Müasir və özünəməxsus idarəetmə tərzi var. Ənənəvi sitemlərin bir çoxundan imtina edir. Nazir təyinatından bir gün sonra xüsusi müsahibəm oldu. Yuxarıda sadaladığımız bütün problemlərə toxunduq. Azərbaycan idmanının ən gərgin məsələsi legionerlərdir. Nazir bildirdi ki, bununla bağlı işlər görəcək”.

İdman jurnalisti, şərhçi Ağa Dadaşzadə isə deyib ki, bölgələrdə Olimpiya İdman Kompleksləri demək olar fəaliyyət göstərmir:

“Fəaliyyət göstərirsə də, nəticə qənaətbəxş deyil. 10-12 il əvvəl rayonlarda yerləşən olimpiya mərkəzlərindən elə gənclər çıxırdı ki, dünya, Avropa və Olimpiya oyunlarında 1-ci yeri tuturdular. Lakin son dövrlər futbol başda olmaqla, digər kütləvi idman növlərinin başını buraxmışıq. Bir müddət idmanımız nazirsiz qaldı. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra idman sahəsində islahatlar aparılacağına inanırıq. O, idmanı bilən və idmanın havasını canına hopdurmuş bir insandır. Beynəlxalq və yerli səviyyədə onu tanıyırlar. Ümid edirik ki, yeni nazirin gəlişindən sonra idman komlekslərinin də fəaliyyəti canlanacaq. Bu günə qədər idman komplekslərindən idmançı çıxmaması bir yana, qapısı belə bağlı idi. Əminəm ki, 6 aydan, 1 ildən sonra həmin idman mərkəzlərində respublikada sözün demiş idmançılar olacaq”.

Tarix
2021.09.14 / 16:03
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla