Yuxarı

Bilik Gününün tarixi ilə bağlı yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda yeni tədris ilinin başlama tarixi dəyişdirilsə də, Bilik Günü ənənəvi qaydada sentyabrın 15-də qeyd olunacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, sabah Bilik Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək, yeni məktəblərin açılışı nəzərdə tutulub.

Pamdemiyaya görə tədbirlər məhdud çərçivədə keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Belə ki, ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Tarix
2021.09.14 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla