Yuxarı

Nazirdən yeni dərs ilinin başlanması ilə bağlı - Tapşırıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən yeni dərs ilinin başlanması ilə bağlı - Tapşırıq

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri müəyyən edilib.

Axar.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2021/2022-ci tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib.

Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb.

Eyni zamanda, Anım və Zəfər günlərinə həsr olunan tədbirlər keçiriləcək, tədris digər dillərdə aparılan ümumtəhsil məktəblərində Azərbaycan dilinin - dövlət dili kimi tədrisinə nəzarət gücləndiriləcək, IX siniflərdə “Zəfər tarixi” kursunun yüksək peşəkarlığı və səriştəliliyi ilə fərqlənən tarix müəllimləri tərəfindən tədrisinə nəzarət ediləcək. Həmçinin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunub.

Tarix
2021.09.21 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla