Yuxarı

Əvvəl dağıntıları göstərirdik, indi quruculuq işlərini - Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvvəl dağıntıları göstərirdik, indi quruculuq işlərini - Hacıyev

Bu dəfə Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda görülən quruculuq işləri ilə yerində əyani tanış olurlar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Əvvəllər Qarabağa səfər edən qonaqlara Ermənistan tərəfindən törədilmiş dağıntılar göstərilirdisə, indi bu, dəyişir, məqsədimiz ərazilərimizdə görülən quruculuq işlərini göstərməkdir”, - o deyib.

PA rəsmisi vurğulayıb ki, postmünaqişə dövründən quruculuq işləri görən Azərbaycan bu mənada nümunəyə çevrilib:

“Azərbaycan yenidənqurma işlərini beynəlxalq təşkilatlar və donorlar hesabına yox, öz vəsaiti ilə aparan yeganə ölkədir”.

H.Hacıyevin sözlərinə görə, diplomatlar əyani şəkildə görürlər ki, işğal altında olmuş başqa ərazilər kimi, Talış kəndi də bütövlükdə viran qoyulsa da, onun bərpa olunması, məcburi köçkünlərin geri qaytması üçün ardıcıl işlər görülür.

Tarix
2021.10.16 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla