Yuxarı

Yas mərasimləri və qadağalarla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yas mərasimləri və qadağalarla bağlı açıqlama

Hazırda Azərbaycanda bir çox hallarda yas mərasimlərinin təşkili müşahidə olunur. Lakin pandemiya səbəbindən yas mərasimlərinin keçirilməsinə qoyulan məhdudiyyətlər bu gün də qüvvədədir.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva deyib.

O, bütün dünyada kütləvi tədbirlərə məhdudiyyətlərin qoyulmasına diqqət çəkib:

“Dünya ölkələrində olduğu kimi Azərbaycanda da qlobal problemlərdən biri koronavirus pandemiyasıdır. Artıq iki ilə yaxındır ölkədə pandemiya ilə bağlı ciddi mübarizə tədbirləri görülür. Bu səbəbdən kütləvi toplantıların və tədbirlərin keçirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər var.

Böyük kütləviliyi ilə seçilən, sosial məsafənin təmin edilməsi az qala qeyri-mümkün olan yas mərasimləri virusun daha çox insan arasında yayılması ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, özünü və cəmiyyəti qorumaq məqsədilə hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl etməsi zəruridir”.

Tarix
2021.10.27 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla