Yuxarı

Deputat bu kəndlərə öz maşınında getmir – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat bu kəndlərə öz maşınında getmir – Səbəb

Şəmkir rayonunun Ələsgərli kəndindən İrmaşlı kəndinə gedən 20 kilometrlik yol bərbad vəziyyətdədir.

Bu barədə Axar.az-a Şəmkir rayonunun Ələsgərli kəndinin sakinləri tərəfindən ünvanlanan şikayətdə bildirilib.

“Həmin bölgənin deputatı Nurlan Həsənov maşını zədələnməsin deyə, onu 20 kilometr aralıda saxlayır və kəndə başqa maşınla gəlir. Bu kəndin acınacaqlı durumundan deputat xəbərdardır, lakin insanlara kömək etmir. Kəndin məktəbi kilsəyə bənzəyir. Üzərində xaç işarələri və digər rəmzlər var. İçərisi isə tam yararsızdır. Kənddə qaz da yoxdur”.

Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Pərvin Mehrəliyev saytımıza açıqlamasında “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəmkir rayonunun Ələsgərli kəndində yeni məktəb tikintisinin nəzərdə tutulmadığını bildirib: “Lakin bu kəndin məktəb problemi diqqətdə saxlanılacaq”.

Azəriqaz İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə deyib ki, Ələsgərli kəndinin qazlaşması 2023-cü ilin planına salınıb:

“2023-cü ilin planı hazırdır. Hansı yaşayış massivlərinin və kəndlərin qazlaşacağını noyabr ayında elan edəcəyik”.

Kəndin yol probleminə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli belə aydınlıq gətirib:

“Ölkə üzrə bu cür kəndlərarası və kəndləri birləşdirən problemli yolların sayı kifayət qədər çoxdur. Bu iş mərhələli şəkildə icra olunur. Lakin müəyyən nüanslar nəzərə alınmaqla həmin yolların daha tez bərpası mümkündür. Ələsgərli kəndinin sakinləri bizim Agentliyimizə müraciət etsələr, qısa zamanda məsələyə baxılacaq”.

Tarix
2021.10.28 / 13:12
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla