Yuxarı

Bakıda polis kapitanı bıçaqlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 29-da Qaradağ rayonu ərazisində 11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Bu barədə oxu.az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib.

Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov tək başına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.

11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.

Onun sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat olunub.

K.Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.

K.Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.

Fotonun yanındakı şərh bölümündə isə yazılıb:

"Allah şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz, qardaşım. "Prince Baku", daima biz dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb".

Qeyd edək ki, K.Şərifov idmançılar arasında "Prince Baku" ləqəbi ilə də tanınır.

Tarix
2015.07.30 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla