Yuxarı

Azərbaycan Qazaxıstandan 10 yük qatarı alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC və "Qazaxıstan temir yolı" SC arasında müqavilə imzalanacaq.

APA-nın məlumatına görə, bunu ilk dəfə Çin, Qazaxıstan və Azərbaycandan keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət limanında qarşılanma mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, müqavilə Azərbaycana 10 yük qatarının gətirilməsini nəzərdə tutur.

Yük qatarları Qazaxıstan və ABŞ tərəfindən birgə istehsal olunub.

C.Qurbanov əlavə edib ki, İpək yolu dəhlizinin əhəmiyyəti ildən ilə-artacaq: "Azərbaycan dünyanın mərkəzində yerləşir desək, yanılmarıq. Azərbaycandan böyük ipək yolu keçib, bu da ticarət əlaqələrin inkişafına səbəb olub. Bununla da Avropa və Asiya arasında böyük əlaqələr yaradılıb. Hər il getdikcə İpək yolu koridorunun əhəmiyyəti artacaq. İllər sonra bu koridor ilə daşınılan yüklər milyonlarla ölçüləcək".

Qeyd edək ki, yaxın vaxtlarda Fransanın "Altsom" şirkətindən 50 ədəd elektrovoz alınması da planlaşdırılır.

Tarix
2015.08.03 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla