Yuxarı

Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – Sənəd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə onun Londonda yaşayan qardaşı oğlu İlqar Quliyev arasında insident yaşanır. Hətta buna görə eks-spiker qardaşı oğlunu bir neçə dəfə məhkəməyə də verib.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Rəsul Quliyevlə Londonda yaşayan qardaşı oğlu İlqar Quliyev arasında uzun müddətdir ki, həllini tapmayan münaqişənin kökü illər öncəyə dayanır. 1996-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra İlqar Quliyev və ailəsi Azərbaycanı tərk edib. Londonda məskunlaşan və biznes fəaliyyəti ilə məşğul olan İlqar Quliyevlə Rəsul Quliyevin münasibətlərinin kəskinləşməsi və məhkəmə çəkişməsinin tarixi də həmin dövrdən başlayıb.

Eks-spiker müəllif hüquqlarının pozulması maddəsi ilə İlqar Quliyev və onun təmsil etdiyi "Azadan.tripod.com" saytını Amerikada məhkəməyə verib. Məhkəmənin hakimi isə yetərli sənədlərin olmamasını, Böyük Britaniya Birləşmiş Krallığı ilə Amerika Birləşmiş Ştatları arasında hüquqi proseduraların uzun çəkdiyini əsas gətirərək, əvvəlcə məhkəməni təxirə salıb, sonra da dəlil yetərsizliyindən şikayəti xətm edib.

Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, 2000-ci ilin ortalarına qədər İlqar Quliyevin, ondan sonra da oğlu İlkin Quliyevin Böyük Britaniyada bir neçə şirkəti olub. Hal-hazırda Londonda məskunlaşan 57 yaşlı İlqar Quliyev demək olar ki, bütün biznesini 27 yaşlı oğlunun idarəsinə verib. Rəsul Quliyevin onu məhkəməyə verməsi isə bir neçə il əvvəl, o, hələ şirkət sahibi olan dövrdə baş verib. Bu isə Rəsul Quliyevlə İlqar Quliyev arasında yaşanan insidentin müəllif hüquqlarının pozulması müstəvisində olmadığına eyham vurur. Ehtimal edilir ki, eks-spikerlə qohumu arasında illərdi həllini tapmayan münaqişəyə əsas səbəb Londonda İlqar Quliyevin adına olan şirkətlərdir. Mənbə bildirir ki, həmin şirkətlərin və ümumiyyətlə, Quliyevlər ailəsinin biznes uğurlarının əsas səbəbkarı olduğu deyilən Rəsul Quliyev mühacirət edəndən sonra qohumlarının adına sənədləşdirilən əmlakdan pay gözləyib. Əvəzində isə qardaşı oğlu bu istəyi geri çevirib və bütün əmlakını öz oğlunun adına keçirməklə, Rəsul Quliyevdən gözlənilən bütün hüquqi addımların qarşısına birdəfəlik sipər çəkib.

Tarix
2014.01.09 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla