Yuxarı

Sabiq bələdiyyə sədri 14 minə yaxın pulu mənimsəyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq bələdiyyə sədri 14 minə yaxın pulu mənimsəyib

Zaqatala rayonun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Bu barədə Axar.az-a rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2021.11.24 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla