Yuxarı

Nazirlik xərçəng xəstəsi olan aktyora niyə dəstək olmur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik xərçəng xəstəsi olan aktyora niyə dəstək olmur?

Əməkdar artist Novruz Qartal Azərbaycan Dövlət Akademik Musiqli Teatrında işləyir. Onun səhhətində yaranan problemdən xəbərimiz var, teatr rəhbərliyi də lazımi diqqəti və dəstəyi göstərir. Mədəniyyət Nazirliyinin kollektivi adından dəyərli aktyorumuza Allahdan şəfa diləyirik.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Əməkdar artistin xanımı Zərqələm Əliyevanın 42 ildir kirayədə qaldıqları, acınacaqlı vəziyyətdə yaşamaları və hazırda da aktyora yardım göstərilmədiyi barədə sözlərinə cavab olaraq nazirlikdən qeyd edilib:

“Təəssüf hissi ilə bildiririk ki, sənət adamlarının sosial təminat məsələlərinin, eləcə də mənzil problemlərinin həlli Mədəniyyət Nazirliyinin imkanları xaricindədir. Biz uzun illər bu sahədə çalışan, zəhmət çəkən insanların əziyyətini imkan daxilində qiymətləndirməyə çalışırıq. Siz də bilirsiniz ki, hazırda kirayədə yaşayan, səhhətində problem olar bir çox sənətçimiz var. Onu da diqqətinizə çatdırıq ki, Novruz Qartalın uzunillik fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, o, 2013-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2015-2018-ci illərdə Prezident mükafatı alıb”.

Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir. Aktyor hazırda xəstəxanada yatır.

Tarix
2021.12.01 / 10:26
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla