Yuxarı

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

“Yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar.

Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.

Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur".

Tarix
2021.12.01 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla