Yuxarı

Qarabağa qayıdacaq sakinlər üçün mühüm xəbər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa qayıdacaq sakinlər üçün mühüm xəbər - Video

İşğaldan azad olunmuş ərazilərimizə qayıdacaq sakinlərin məşğulluğu diqqətdə saxlanılacaq. Artıq bununla bağlı ilk layihənin icrası yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərdə iştirak ediblər. 30-a yaxın kənd sakini növbəti mərhələdə müxtəlif avadanlıqlarla təmin olunacaqlar.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

Dövlət Məşğulluq Agentliyinin department rəhbəri Hacı Əliyev bildirib ki, doğma yurdlarına qayıdacaq sakinlərin bir qismi üçün kiçik təsərrüfatlar yaradılacaq.

Departament rəhbəri qeyd edib ki, belə layihələr bundan sonra da davam etdiriləcək. Özünüməşğulluq proqramı 10-dan çox fərqli istiqaməti əhatə edəcək.

Hacı Əliyev əlavə edib ki, təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar.

Tarix
2021.12.06 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla