Yuxarı

"İdeal"ın keçmiş sahibindən məhkəməyə - Etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İdeal"ın keçmiş sahibindən məhkəməyə - Etiraz

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə cinayət işi materialları üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən, bəzi sənədlər elan edilib. Sənədlərdən məlum olub ki, ittihama əsasən, İ.İsmayılovun 2013-cü ilin iyun ayında şirkətin kassasından 280 min manat məxaric edərək “Şəhər bağları” MTK-dan mənzil alıb.

Vəkillər isə bildirib ki, təqsirləndirilən şəxsin “Şəhər bağları” MTK-dan aldığı mənzilə görə ödəməsi təsdiqini tapmır.

Belə ki, elan olunan sənəddə İ.İsmayılovun 1 milyon manat ödəyərək, həmin mənzilə may ayında sahib olub.

Vəkillər məhkəmədə vəsatət qaldırıb ki, “İdeal Kompani”nin digər ortağı və onun nümayəndəsi Fuad Əliyev məhkəməyə çağırılıb dindirilsin: “Çünki ittihamda iddia olunur ki, İlqar İsmayılov şirkətin gəlirlərini digər ortağının xəbəri olmadan, özbaşına götürüb şəxsi ehtiyaclarına xərcləyib. İlqar İsmayılov isə deyir ki, yalandır, mənfəət həmişə digər təsisçi ilə bölüşdürülüb. Pulu da nümayəndəsi olan Fuad Əliyev çatdırıb. Məhkəmədə dindirilən şahidlər də bunu təsdiqləyiblər”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Müdafiə tərəfi cinayət işinin materiallarında olan qəbzlə bağlı ekspertiza keçirilməsini istəyib: “İttihamda İlqar İsmayılova mənimsəməsi ittiham olunan 280 min manatlıq qəbz rəngli formada təqdim olunub. Həmin qəbzə diqqətlə baxdıqda onun rəngli kserosurət olduğu aydın şəkildə görünür”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəsatətlərin təmin edilməməsindən sonra müdafiəçilər məhkəməyə təqsirləndirilən şəxsin yazılı etirazını elan ediblər. İ.İsmayılov işin başqa məhkəmənin icraatına verilməsi üçün etirazının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə yazılı etirazı qəbul edib.

Növbəti prosesi dekabrın 13-nə təyin edib.

Tarix
2021.12.06 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla