Yuxarı

Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 24-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Xidmətdən Axar.az-a bildirilib ki, Qazax rayonunda yerləşən “Həcərliqaya” və “Daş Salahlı” əhəngdaşı yatağının müvafiq olaraq 1,85 hektar və 8,5 hektar sahəsi, Abşeronda olan “Qırməki II” və “Zəyərdağ” kvars qumu yatağının müvafiq olaraq 2 hektar və 6 hektar sahəsi, Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Şahqaya” əhəngdaşı yatağının müvafiq olaraq 5,5 hektar və 2,5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri dekabrın 17-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Xidmətin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq olar.

Tarix
2021.12.06 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla