Yuxarı

Borcumuz qalır, son söz “Azəriqaz”ındır... - “Azəristilik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 il ərzində “Azəristiliktəchizat”ın qazanxanalarda işlədilmiş təbii qaza görə “Azəriqaz” İstehsalat Birliyinə heç bir borcu yoxdur. Borcların hamısı cari borclardır.

Bu sözləri Axar.az-a “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

“Azəriqaz”a olan borcun bir hissəsi artıq ödənilib. Yaranmış borcların ödənilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 12 milyon manat məbləğində ilkin vəsait ayrılıb. Bu da ödəniləcək. Yerdə qalan məbləğin ödənilməsi istiqamətində Energetika Nazirliyi, Enerji Tənzimləmə Agentliyi, eyni zamanda “Azəriqaz” və “Azəristiliktəchizat”ın mütəxəssisləri tərəfindən işçi qrupu yaradılıb. Ödəmə mexanizmləri, borcların yaranması ilə bağlı məsələlərə aydınlıq gətiriləcək. Bundan sonra bu məsələlər öz həllini tapacaq”, - o qeyd edib.

R.Əliyev bildirib ki, yerdə qalan 5 milyon manata yaxın məbləğin təkcə 2 milyon 800 min manatı məcburi köçkün şəhərciklərinin payına düşür:

“Həmin şəhərciklərdə “Azəristiliktəchizat”ın 29 qazanxanası var. 2 milyon 800 min manat borc burada istifadə edilmiş qaza görə yaranıb. Bu şəhərciklərdən ödənişlərin yığılması ilə bağlı problemlər var. Müəyyən çətinliyimiz də buradan qaynaqlanır”.

Onun sözlərinə görə, “Azəristiliktəchizat”ın tarifləri sosial yönümlüdür. Sonuncu dəfə “Azəristiliktəchizat”ın tarifi 2011-ci ilin dekabrın 11-də dəyişdirilib:

“Həmin vaxtdan bəri qaz tariflərinin 4,2 dəfə, elektrik tariflərinin 3 dəfə, su tariflərinin 3,6 dəfə artırılmasına baxmayaraq, hökumətimiz tərəfindən istilik təchizatı tarifləri sosial yönümlü müəyyənləşdirilib. Bu səbəbdən “Azəristiliktəchizat”ın istifadə olunmuş qaza görə istər-istəməz borcu yaranır. Bu borc da dövlət tərəfindən tənzimlənir. Dotasiyalar ayrılır və ödənilir. “Azəriqaz” haqlıdır, öz borcunu tələb edir. Bizim mövqeyimiz isə belədir ki, hər iki dövlət qurumu vətəndaşlara xidmət etmək üçün yaradılıb. Borc məsələsinə görə vətəndaşlarımız əziyyət çəkməməlidir. Yenə də borcumuz qalır. Son söz “Azəriqaz” İstehsalat Birliyinindir. Əlimizdən gələni edirik ki, qazanxanaların qaz təchizatı dayandırılmasın”.

Qeyd edək ki, Azəristiliktəchizat ASC-nin Azəriqaz İB-yə borcu 20 milyon manatın üzərindədir. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirmişdi ki, bu borc ödənməsə, dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırılması həyata keçiriləcək.

Tarix
2021.12.14 / 17:35
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?

Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var

Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video

Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrail müdafiəyə hazırlaşır: İranın cavab zərbəsi necə olacaq?

İranın vurulmasına ərəb ölkələrinin reaksiyası

İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

İsrail hücumu: Ermənistan vətəndaşları Bakıda

Azərbaycanla məsləhətləşmələr aparırıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla