Yuxarı

Ciddədən Bakıya reys ləğv edildi, zəvvarlar bu yolla qayıdacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ciddədən Bakıya reys ləğv edildi, zəvvarlar bu yolla qayıdacaq

İsrailin İrana hücumu səbəbindən Ciddə hava limanında gözləməli olan azərbaycanlı zəvvarların bu gün Bakı vaxtı ilə axşam saat 20:00-da yola düşəcəyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a azərbaycanlı zəvvar Mirnahid Əhmədli məlumat verib.

“Hazırda Ciddə hava limanındayıq. Bizə deyildi ki, təyyarə Bakı vaxtı ilə axşam saat 8-də havaya qalxacaq. Səhər bizi gətirən təyyarədə 100-ə yaxın azərbaycanlı var idi. Digər sərnişinlərdə əsasən dağıstanlılar və turistlər də bizimlə idi. Ciddəyə enəndən sonra bizi ayırdılar və Bakıya uçuş ləğv edildiyi üçün otelə yerləşdirdilər. İndi isə bizi yenidən hava limanına gətiriblər,” - deyə zəvvar bildirib.

O əlavə edib ki, İrana getmək və ya İran üzərindən digər ölkələrə yollanmaq istəyən bir neçə zəvvar da Bakıya gətiriləcək, lakin onların sayı dəqiq bilinmir.

M.Əhmədlinin sözlərinə görə, əvvəlcədən planlaşdırılmış uçuş İran hava məkanı üzərindən həyata keçirilməli idi, lakin hazırkı vəziyyətə görə marşrut dəyişdirilərək Misir-Aralıq dənizi-Türkiyə-Gürcüstan xətti ilə aparılacaq. Bu səbəbdən təyyarənin gecə saat 01:00 radələrində Bakıya enməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanlı zəvvarlar mayın 25-dən 31-dək Məkkəyə Həcc ziyarətinə yollanıblar. Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi ilk rəsmi zəvvar qrupu iyunun 16-da Bakıya qayıdacaq. Hazırda ölkəyə dönənlər fərdi qaydada geri dönmək istəyən zəvvarlardır.

Bildirək ki, İsrailin İrana hərbi zərbə endirməsi fonunda Bakıya planlaşdırılan bir sıra reyslər, o cümlədən zəvvarları daşıyan uçuşlar təxirə salınıb, sərnişinlər isə bir müddət Ciddə aeroportunda gözləməli olublar.

Tarix
2025.06.13 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla