Yuxarı

Ötən il 12475 hüquq­pozma faktı aşkar edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük orqanları tərəfindən 2013-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 12475 hüquq­pozma faktı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən "Axar.az"a daxil olan məlumata görə, bu faktlardan 347-i cinayət xarak­terli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 3 min 978 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 389 nəfərin (306 Azər­baycan vətəndaşı, 83 xarici) barə­sində müvafiq tədbirlər görülüb.

Cinayət faktlarından 83-ü Biləsuvar Gİ, 65-i Tovuz Gİ, 49-u Astara Gİ, 33-ü Xaçmaz Gİ, 32-i BBGİ, 29-u HNBGİ, 23-ü Balakən Gİ, 16-ı DGK-nın Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi, 10-u Avto­nəq­liyyat BGİ, 2-i Sumqayıt BGİ, 1-i Yevlax Gİ, 1-Gəncə Gİ, 1-i Culfa Gİ, 1-i Aksiz BGİ, 1-i Naxçıvan DGK tərə­findən aşkar olunub.

Azərbaycan Respublikası Preziden­ti­nin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilib "Nar­kotik vasitələrin, psixotrop mad­dələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkoman­lığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək, Azərbaycan Respublikasının gömruk sərhədindən narkotiklərin qa­nunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən "ötü­rücü məntəqə" kimi istifadə olun­masına yol verməmək məqsədilə göm­rük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülüb təd­birlər nəticəsində 2013-cü il ərzində nar­­kotik vasitələrin qanunsuz dövriy­yəsi ilə əlaqədar 133 fakt aşkar olun­ub. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik, o cümlədən 18 kq 223,834 qram tiryək, 35 kq 628,38 qram mari­xuana, 33 kq 185 qram həşiş, 37 kq 717,571 qram heroin, 217,723 qram metadon, 198,567 qram kokain, 10 kq 159,986 qram me­tamfetamin və digər narkotiklər qa­nun­suz dövriyyədən çı­xarılıb. Bu fakt­lar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müva­fiq tədbirlər görülüb.

Dövlət Gömrük Komitəsinin Göm­rük Sahəsində Hüquqpozma­lara Qarşı Mübarizə Baş İdarəsi tərə­findən 6 fakt üzrə 45 kq 330 qram, Biləsuvar Göm­rük İdarəsi tərəfindən 79 fakt üzrə 56 kq 746 qram, Astara Gömrük İdarəsi tərəfindən 44 fakt üzrə 15 kq 233 qram,Tovuz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 90 qram, Xaçmaz Gömrük İdarəsi tərə­findən 4 fakt üzrə 7 kq 37 qram, Culfa Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 160 qram, Nax­çıvan DGK tərəfindən 1 fakt üzrə 551 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən götürül­üb.

BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi vasitəsi ilə Türkiyə Respublikasının gömrük xidməti ilə aparılmış məlumat mübadiləsi nəticəsində 11 mart 2013-cü ildə İran İslam Respublikasından Azər­baycan Respublikasına gələn Skania markalı KHK624/VV113 nömrə nişanlı avtomaşından 27 kq 500 qram heroin aş­kar olunaraq saxlanılıb.

2013-cü il ərzində gömrük sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlə­ri­nin tətbiqi nəticəsində18 fakt üzrə ümu­milikdə 25 kq 32 qram narkotik vasi­tələr, o cümlədən 4 kq həşiş, 5 kq 560 qram tiryək, 210 qram heroin, 10 kq 800 qram metamfetamin, 462 qram ma­ri­xuana, 4 litrdən çox metadon məhlulu aşkar olunub.

14-21 sentyabr 2013-cü il tarixlə­rində Qırğızıstanın Bişkek şəhərində keçirilən MDB gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülük üzrə birincilik yarışlarında DGK Kinoloji Mərkəzinin xidməti axtarış itləri 2-ci yerə layiq görülüb.

2013-cü il ərzində qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləş­diril­məsi işi təkmilləşdirilmiş, səla­hiy­yət­lər daxilində operativ nəzarət güc­lən­dirilib.

2013-cü il ərzində aşkar olunmuş 12128 gömrük qaydaları əleyhinə inzi­bati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edil­miş, göstərilən şəxslərə qarşı 1 milyon 255 min 121 manat cərimə tətbiq olunmaqla, dəyəri 199 min 108 manat olan mallar müsadirə edilib.

Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat va­si­tələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəza­rə­tindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edil­məməsi, müvəqqəti idxalı ilə əlaqədar olub.

"Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən valyuta nəzarəti orqanı olan gömrük orqanları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvət­lərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzə­rində valyuta nəzarətini həyata keçirər­kən valyuta qanunvericiliyinin tələb­lərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22920 manat dəyə­rində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub.

Hesabat ilində həmçinin 11 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 675 000 ədəddən çox pe­tarda və digər pirotexnika məhsulları, 9 ədəd elektroşok cihazı, 51 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 85978 ədəd ov silahlarının sursat və ləva­zimat­ları, 161 kq barıt, 5 ədəd qaz silahı və 215 ədəd qaz silahı üçün patron, 19 ədəd pnev­matik silah və 4274 ədəd pnev­matik silah üçün sursat, 159 ədəd soyuq silah, 644 ədəd televizor, 2414 ədəd mobil telefon və 5228 ədəd telefon akse­suarları, 61481 manat dəyə­rində dərman vasitələri və külli miqdar­da digər mallar tutulub.

Azərbaycan Respulikası Prezidenti­nin "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, id­xa­lının və satışının tənzimlənməsi sa­hə­sində əlavə tədbirlər haqqında" Fərmanı və digər qanunvericilik aktları ilə gömrük orqanlarına həvalə edilib, alkoqollu içkilərin, etil (yeyinti) spirti­nin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz mar­kalarının tətbiqi qaydalarının pozulma­sı hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirilib, aksiz mar­ka­sız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 516 520 ədəd xaricdə istehsal olunan siqaret, 1060 litr və 1867 ədəd spirtli içki sax­lanılıb.

Bundan əlavə, Komitənin əmək­daş­ları 14-15 noyabr 2013-cü il tarixlə­rin­də Qəbələ şəhərində keçirilən "Böyük İpək Yolu ölkələrində ticarətə və onun sadə­ləşdirilməsinə köməklik göstəril­mə­sində gömrük təşkilatlarının rolu haqqında 6-cı Beynəlxalq Forumda" iştirak edərək "Beynəlxalq ticarətin yüngülləşdirilməsi kontekstində təhlü­kəsizliyin təmini" mövzusunda və 25-26 noyabr 2013-cü il tarixlərində Ma­kedoniyanın Skopye şəhərində keçi­ri­lən ÜGT Avropa regionu gömrük xid­mətlərinin istintaq və təhqi­qat bölmə­ləri başçılarının 20-ci iclasında iştirak edərək "Azərbaycan Respublikası göm­rük orqanlarının hüquq-mühafizə fəaliyyəti" mövzusunda təqdimat nüma­yiş etdiriblər.

Hesabat ilində Ümumdünya Göm­rük Təşkilatının Hüquq-Mühafizə Şə­bəkəsi (CEN) və bu Təşkilatın Regio­nal quru­mu olan "RİLO-Moskva" ilə əmək­daşlıq gücləndirilib.

Tarix
2014.01.10 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

Tramp komandasında daha bir türkə yüksək vəzifə verilir

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla