Yuxarı

Azərbaycan 12 illik təhsilə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 12 illik təhsilə keçir

Azərbaycanda 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Bu haqda APA məlumat verib.

Məsələ ilə əlaqədar təhsil eksperti Nabatəli Qulamoğlu "Axar.az"a danışıb:

Azərbaycan təhsilinin problem 12 illik təhsil sistemi deyil

"Bu gün ümumiyyətlə dünya təhsil sistemində standartlar dəyişir. Köhnə standartlarla indiki standartlar arasında həddindən çox miqyas etibarı ilə fərq olduğuna görə, dünyanın əksər sivil ölkələrində 12 illik təhsil sisteminə keçirilir və bu normaldır. Amma onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan təhsilinin problemi 12 illik təhsil sistemi deyil. Bizim başlıca problemlərimiz çoxdur və hesab edirəm ki, 12 illik təhsil sisteminə keçməzdən əvvəl bu vacib problemləri həll etmək lazım idi".

Vacib problemlərin nədən ibarət olması barəsində sualımızı isə Nabatəli bəy belə cavablandırdı:

Bu, sadəcə, görüntü xarakteri daşıyır

"Tutaq ki, baloniya sisteminin qəbul olunmasına nə ehtiyac var idi Azərbaycanda? Bax onu qəbul elədi. Lakin baloniya bəyənnaməsinin demək olar ki, heç bir bəndi həyata keçirilmir. Vacib bəndlərin heç birisi həyata keçirilmir. Kurikulumla bağlı hansı vacib məsələ var idi ki, kurikulum təhsil sisteminə keçdilər? Bütün bunların hamısı onu göstərir ki, guya Azərbaycanda təhsil inkişaf edir, dünya təhsil sisteminə inteqrasiya edir. Ancaq bu, sadəcə, görüntü xarakteri daşıyır".

Tarix
2013.10.25 / 10:53
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla