Yuxarı

Minlərlə jurnalistin mənzil problemi həll olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minlərlə jurnalistin mənzil problemi həll olunacaq

Jurnalistlərin güzəştli ipoteka əldə edə bilməsi onların yaşayış sahəsinə olan ehtiyacının ödənilməsində, mənzil-məişət vəziyyətinin yaxşılaşdırlmasında mühüm rol oynayacaq.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycan Prezidentinin ötən gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanını şərh edərkən iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olaraq qalır:

“Buna kimi şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkünlər və sair kateqoriyadan olanlar güzəştli ipotekadan yararlana bilirdi. Bundan sonra həmin qaydalar jurnalistlərə də şamil ediləcək. Mətbuat nümayəndələri hər zaman dövlət qayğısı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi kimi jurnalistlər üçün tikilən və onların istifadəsinə verilən binaları göstərmək olar. Yeni mexanizm dövlət dəstəyinin əhatə dairəsini əhəmiyyətli dərəcədə artıracaq. Lakin güzəştli ipoteka hesabına jurnalist mənzilin yerləşəcəyi ərazini, binanı, mərtəbəni müstəqil olaraq seçmək imkanı əldə edəcəklər ki, bu da çox vacib məqamdır. Belə evin metroya, digər infrastruktur obyektlərinə yaxın olub-olmamsı birbaşa olaraq insanların xərclərinə təsir edir. Bu qərar nəticə etibarı ilə minlərlə jurnalistə, eyni zamanda ailəyə ev problemini həll etmək üçün bu günə kimi olmayan imkan verəcək”.

Ekspert hesab edir ki, yeni mexanizmin daha işlək olması üçün bəzi məqamların nəzərə alınması məqsədəuyğun hesab edilə bilər:

“Bildiyimiz kimi, digər sektorlarda olduğu kimi bu sahədə də illərlə VÖEN yaratmaqla işləyənlər az deyil. Ona görə stajın hesablanması zamanı bu məqamın necə tənzimlənəcəyi vacibdir. Belə ki, həmin adamlar faktiki olaraq dövlətə vergi ödəyiblər. Digər məqam ilkin ödənişlə bağlıdır. Şərtlərdə yalnız minimal ilkin məbləğ göstərilir. Yəni maksimal məbləğ həddi üzrə məhdudiyyət olmadığına görə bankların rəsmi bəyan etdiklərini nəzər alsaq ilkin ödənişə tələb 30 % həddindədir. Reallıqda bu tələb daha yüksək də ola bilər. Bu məqamlar güzəştli ipotekanın həmin kateqoriya üçün əlçatanlığını məhdudlaşdıra bilər. Yəni mexanizmin maksimal dərəcədə işlək olması üçün aiddiyyatı qurumların bu məqamlara diqqət etmələri və onların hər hansı bir formada tənzimlənməsini təmin etmələri məqsədəuyğun sayılır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Digər əlavəyə əsasən ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.

Xatırladaq ki, güzəştili ipoteka krediti üzrə maksimal məbləğ 100 min manat təşkil edilir. Kredit 30 il müddətinə, illik 4 %-lə verilir. İlkin ödənişə minimal tələb 10 % həddində müəyyən olunub.

Tarix
2022.02.09 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Həbs edilən başçı Mehdiyevlə qonşu imiş

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla