Yuxarı

Gömrükdə yarım milyonluq telefon müsadirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə yarım milyonluq telefon müsadirə edildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı Daudov Mirza Maqomedoviçin idarə etdiyi Volvo FH12 markalı, O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən gizlədilmiş 14 ədəd “Ayfon 12 Pro”, 62 ədəd “Ayfon 13”, 22 ədəd “Ayfon 13 Pro”, 71 ədəd “Ayfon 13 Pro Max" markalı mobil telefonlar aşkar olunub.

Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri 457300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.02.14 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla