Yuxarı

Müəllimlərin yerdəyişməsi belə olacaq – Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərin yerdəyişməsi belə olacaq – Yenilik

Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur:

"İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq".

"Həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur. Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq", - E.Bağırov bildirib.

Tarix
2022.02.16 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla