Yuxarı

Bakıda bir neçə restoran cərimələndi - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bir neçə restoran cərimələndi - Siyahı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 15-də ölkə üzrə 333 ictimai iaşə obyektində 593 monitorinq keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küç., ev 24A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Layiq Məlik oğluna məxsus “Qurmanoff” restoranı,

2. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs., S. Əliyev küçəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus “Doneritto” kafesi;

3. Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, M. Cəlal küç., ev 254 ünvanında yerləşən, fiziki şəxs Hüseynli Valid Cəmil oğluna məxsus “Çinar” kafesi;

4. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 60 ünvanında yerləşən, fiziki şəxs Həmidov Nihat Cavid oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs “Hacı Sokakta Azərbaycan” MMC-yə məxsus kafe;

6. Qax rayonu, İçəri Bazar küçəsində yerləşən, fiziki şəxs Əhmədov Zülfüqar Məmməd oğluna məxsus “İçəri Bazar” kafesi;

7. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, fiziki şəxs Atayev Əli Hümbət oğluna məxsus “Dəniz” kafesi;

8. Gəncə şəhəri, Atatürk prospekti 226A ünvanında yerləşən, fiziki şəxs Ayaz Mehmet Halis oğluna məxsus “Osmanlı” kafesi;

9. Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən, hüquqi şəxs “Yens” MMC-yə məxsus “Coffeemania-Gəncə Mall” kafesi;

10. İsmayıllı rayonu, Bizlan kəndində yerləşən, fiziki şəxs Mamedov Ələddin Nəzər oğluna məxsus “Nurəddin” kafesi.

AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Tarix
2022.02.16 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla