Yuxarı

"Samur" postunda yaranan sıxlığın səbəbi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Samur" postunda yaranan sıxlığın səbəbi – Rəsmi

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Buna səbəb isə Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır.

Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.

"Məhz buna görə də "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik yük nəqliyyat vasitəsinin say etibarı ilə keçidi 150-200-ə qədər enmişdir. Xatırladaq ki, "Samur" gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu və aparılan təmir-tikinti işləri yük nəqliyyat vasitələrinin keçidini artırmağa imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işləri sürətlə davam etdirir. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı sıxlıqlar aradan qaldırılacaq.

Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və bir daha qeyd edirik ki, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində qarşı tərəflə mütəmadi məsləhətləşmələr və müzakirələr aparılır", - deyə o qeyd edib.

Tarix
2022.02.19 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla