Yuxarı

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının təlimindən - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində “Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda taktiki təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimin planına əsasən, ərazidə təxribat-pozuculuq fəaliyyətini həyata keçirmək niyyətində olan naməlum şəxslər dövlət sərhədini pozurlar. Bu zaman zastavaya işarəverici qurğulardan dövlət sərhədinin pozulması haqqında siqnal daxil olur. Növbətçi tərəfindən zastava rəisinə məruzə edildikdən sonra zastava dərhal “Silaha” komandasına qaldırılır. Həyəcan qrupu zastava rəisinin başçılığı ilə hadisə yerinə hərəkət edir, hərbi pərdələyici qruplar isə dövlət sərhədi və Naxçıvan Muxtar Respublikası ərazisinin dərinliklərinə doğru sərhəd pozucularının hərəkətlərinin qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. Sahil mühafizə qrupu ərazi sularında axtarış tədbirlərini həyata keçirir.

Sərhəd pozucularının izləri müəyyən olunduqdan sonra sərhəd axtarışı tədbirləri keçirilir. Sərhəd axtarışı zamanı sərhədyanı yaşayış məntəqələrində və təsərrüfat işləri aparılan sahələrdə yerli əhalinin sorğusu keçirilir. Sorğu zamanı dövlət sərhədini pozanların silahlı şəxslərdən ibarət olması və sərhəd yaxınlığındakı istifadəsiz binaya tərəf hərəkət etmələri müəyyən edilir. Zastava rəisi tərəfindən sərhəd pozucuları haqqında əldə olunmuş məlumatlar yuxarı komandanlığa məruzə olunur.

Dövlət sərhədini pozan naməlum silahlı şəxslərin təxribat hərəkətlərinin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Əlahiddə Sərhəd Diviziyası komandirinin qərarına əsasən “Həyəcan” komandası ilə qaldırılan Çevik hərəkət taborunun həmlə qrupları hadisə baş vermiş istiqamətə hərəkət edir.

Təxribatçıların yerləşdiyi bina çevik həmlə qrupları tərəfindən mühasirəyə alınır. Snayperin binada aşkar edilmiş silahlı hədəfi məhv etməsindən sonra zirehli piyada transpartyorlarının atəş dəstəyi ilə qrupların binaya girişi təmin olunur.

Təxribatçıların silahlı müqavimət göstərməsinə baxmayaraq həmlə qrupları peşəkarlıq nümayiş etdirərək silahlı şəxsləri zərərsizləşdirir və təxribatçı dəstənin rəhbəri yaxalanaraq təyin olunmuş məntəqəyə təxliyə edilir. Beləliklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunur.

Tarix
2022.02.24 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla