Yuxarı

Gürcüstanlı sürücülər Azərbaycandan çıxarıldı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marşrut avtobuslarında sürücü işləyən gürcüstanlılar ölkədən çıxarılır.

Axar.az-ın əldə etdiyi məlumata görə, son günlər xeyli sayda Gürcüstan vətəndaşı olan avtobus sürücüsü Azərbaycandan getməli olub.

Buna səbəb kimi onların sənədlərinin qaydasında olmadığı göstərilir. Dövlət Miqrasiya Xidməti əməkdaşları marşrut sürücüləri arasında Azərbaycanda 90 gündən artıq qalan Gürcüstan vətəndaşlarının olduğunu müəyyən edib.

Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycan Respublikasında 90 günədək qala bilərlər.

Bir neçə il öncə Milli Məclis "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" haqqında Qanun qəbul etdi. Qanuna görə, Azərbaycanla həm viza rejimi olan, həm də vizasız rejimə malik ölkələrdən gələn əcnəbilər ölkəmizdə cəmi 90 gün qala bilər.

90 gündən sonra həmin ölkəyə qayıdıb təkrar viza almalıdır. Qanunun müvafiq maddəsi Gürcüstanda yaşayan azərbaycanlılara şamil edilmirdi. Lakin 2012-ci ildən qanunun bu maddəsi onlara da şamil edilir.

Tarix
2015.09.03 / 14:58
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla