Yuxarı

“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş İlqar Mustafayev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İlqar Mustafayev barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2022.05.19 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla