Yuxarı

Azərbaycan və Latviya Anlaşma Memorandumu imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Axar.az-a agentlikdən məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıb. Sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində imzalanıb.

Anlaşma Memorandumu iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir. Sənəd qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin tərəflərin ərazilərində qüvvədə olan milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcək.

Bundan əlavə, Memorandum “tarladan süfrəyədək" prinsipinə uyğun olaraq, qida, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək verilməsini nəzərdə tutur.

Həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi, ölkələrin epizootik vəziyyəti, eləcə də qida təhlükəsizliyinin təmin edilməsinə dair digər zəruri istiqamətlər üzrə informasiya mübadiləsi kimi bir sıra məsələlər yer alıb.

Tarix
2022.05.21 / 09:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla