Yuxarı

Bina sakinlərini aldadaraq 75 min pul yığdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bina sakinlərini aldadaraq 75 min pul yığdılar

"Axar.az" xəbər verir ki, "Ayla"Mənzil tikinti kooperativi barəsində cinayət işi açılıb. Tikinti şirkətində yol verilmiş qanun pozuntuları barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır.

Respublika Baş Prokururluğundan "Axar.az"a verilən məlumata görə, MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tikdiyi mənzillərin sakinlərindən qeyri-qanuni olaraq 75 min manat pul yığıb. Kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 36 sakinindən binaya təbii qazın verilməsini və mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edərək aldadıb. Ümumilikdə 75 min manat məbləğində pulu ələ keçirməkdə ittiham edilən şirkət rəhbərinə şübhələr üçün yetirincə əsas olduğundan, fakta görə cinayət işi başlanıb.

Ə.Abışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam edir. "Ayla" MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Tarix
2013.10.25 / 21:34
Müəllif
0
Digər xəbərlər

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla