Axar.az
Yuxarı

İlham Əliyev 3 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:14

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri dəyişib.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır:

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti);

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti);

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti);

müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları:

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini;

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini;

- Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini;

- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətini.

Həmçinin, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi həyata keçirəcəklər.

***

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.

5. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; 2020, № 3, maddə 250) ləğv edilsin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 725 nömrəli, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.3. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur;

1.4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 22.5-ci maddəsində, 40.4-cü maddəsinin ikinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 22.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.7. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245; 2019, № 10, maddə 1589; 2020, № 6, maddə 696) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “və ikinci cümləsində” sözləri “, ikinci cümləsində hər iki halda və üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;

2.2. 2.3-cü, 2.8 – 2.10-cu və 2.12-ci bəndlərə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən “12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində,” və “19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində,” sözləri çıxarılsın, həmin bənddə “20-ci maddəsinin birinci hissəsinin birinci, ikinci cümlələrində” sözləri “20-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 2.4-1-ci və 2.4-2-ci bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində və üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, ikinci halda “orqan (qurum)” dedikdə isə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur;”;

2.5. 2.5-ci bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.6. 2.6-cı bənddən “, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində” sözləri çıxarılsın və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

2.7. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və yerli icra hakimiyyəti orqanları, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;”;

2.8. 2.13-cü bəndə “cümlələrində” və “birinci cümləsində” sözlərindən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin.

3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122; 2016, № 5, maddə 865, № 11, maddə 1811; 2017, № 6, maddə 1085, № 11, maddə 2005; 2018, № 11, maddə 2246; 2019, № 5, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “və ikinci cümləsində” sözləri “, ikinci cümləsində hər iki halda, üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilsin;

3.3. 2.3-1-ci bənddə “40.4-cü maddəsinin birinci və ikinci cümlələrində” sözləri “40.4-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

3.4. 2.3-2-ci bəndə “sərhədlərinin” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 2.3-3-cü bənd əlavə edilsin:

“2.3-3. həmin Qanunun 40.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Şuşa şəhərinin ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;”;

3.6. 2.4-cü bənddə “birinci və ikinci” sözləri “birinci (Şuşa şəhərinin ərazisi istisna olmaqla) və üçüncü” sözləri ilə əvəz edilsin;

3.7. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun:

“2.5. həmin Qanunun 40.4-cü maddəsinin ikinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, ikinci halda “orqan (qurum)” dedikdə isə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”, - fərmanda vurğulanıb.

Tarix
2022.07.01 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bir gündə koronadan 7 nəfər vəfat etdi

Qazlı su istehsalı sexində nöqsanlar aşkarlandı

“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!

Bunud-Həzrə avtomobil yolu yenidən quruldu - Video

“Azərlotereya” ASC 5 milyon manatdan çox vergi ödəyib

Bakıda anbarda baş verən yanğın söndürüldü

Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildi

Kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı

İlham Əliyev 5 fərman, 1 sərəncam imzaladı

Azərbaycanda iki vəzifəli şəxs işdən çıxdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla