Yuxarı

Cəlilabadda 7 nəfər 12 yaşlı uşağı döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadda 7 nəfər 12 yaşlı uşağı döydü

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Babalı və Şorbaçı kəndlərinin kəsişməsində yerləşən örüş sahəsində qeydə alınıb.

Məlumata görə, rayonun Babalı kənd sakini, 12 yaşlı Y.Əzizov Şorbaçı kəndindən olan 7 nəfər şəxs tərəfindən döyülüb. Daha sonra yeniyetmənin köməyinə gedən atası Qədəmşah Əzizov və əmisi Səməd Əzizov da orada döyülüblər.

Döyülən şəxslərin sözlərinə görə, onlar qonşu kənddə digər kənd sakinlərinə məxsus mal-qaranın örüş sahəsinə girdiyi üçün fiziki təzyiqlərə məruz qalıb. Qeyd olunub ki, təsadüfən oradan keçən yeniyetmə bu səbəbdən döyülüb.

Məlumata görə, dava zamanı qarşı tərəfdən də bir nəfər xəsarət alıb.

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev faktı təsdiqləyib. O bildirib ki, həmin mübahisə zamanı hər iki tərəfdən xəsarət alan olub.

DİN rəsmisi qeyd edib ki, faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Tarix
2022.07.07 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla