Yuxarı

“Qan ver, həyat xilas et!” xeyriyyə gecəsi keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qan ver, həyat xilas et!” xeyriyyə gecəsi keçirilib

"LAYF" Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə "28 Cinema"da xeyriyyə gecəsi keçirilib.

Axar.az xəbər verir ki, tədbir "Qan ver, həyat xilas et!" deviziylə baş tutub.

İB-in icraçı direktoru Emil Vəliyev deyib ki, məqsəd cəmiyyətdə könüllü qan donorluğunun təbliği və irsi qan xəstəliklərinə qarşı mübarizəyə ictimaiyyətin diqqətini artırmaqdır.

"Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilib.

Xüsusilə də, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi istiqamətində gördüyü işlər ilbəil öz bəhrəsini verməkdədir"- deyə, o, gecədə iştirak edən qonaqları məlumatlandırıb.

Xeyriyyə Gecəsində "EVEREST" filminin premyerası təqdim edilib. Premyerada könüllü qan donorluğunun təbliğində "LAYF" Xeyriyyə İctimai Birliyinə dəstək verən qurumlar və talassemiyalı uşaqlara qarşılıqsız qan verən "Qəhrəman Donorlar" iştirak ediblər.

Daha sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və "Toyota Baku" Şirkətinin baş direktoru Mustafa Abbasbəyli könüllü və mütəmadi qan donorluğunun təbliğatının önəmini vurğulayıblar. Qeyd edək ki, iki gün ərzində filmi 500-dən çox donor izləyib.

Tarix
2015.09.28 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla