Yuxarı

Əsədovun keçmiş kürəkəni Londondakı şirkətini satdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun keçmiş kürəkəni Kamran Balayev Londondakı şirkətini satıb.

Axar.az xəbər verir ki, bu barədə Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumata istinadən xəbər yayıb.

Bildirilir ki, 2018-ci ildə “International Risk Ltd” adı ilə qeydiyyata alınan və 2021-ci ilin oktyabr ayından etibarən “E-London Ltd” adlanan şirkətin yeni sahibi Hollandiya vətəndaşı olan 1962-ci il təvəllüdlü Gülşən Qorxmaz qızı İbrahimovadır. Şirkətin direktoru isə Rusiya vətəndaşı olan 1997-ci il təvəllüdlü Ksenya Klimova olub. Bu ilin iyun ayının 21-də şirkətin hüquqi ünvanı da dəyişib. Şirkət son bir aydır “Lower Ground Floor West, 17 Nottingham Street, London, W1U 5EW” ünvanında yerləşir.

Məlumat üçün qeyd edək ki, 1981-ci il təvəllüdlü Kamran Balayev 2002-ci ildə Oqtay Əsədovun qızı Nərminə Əsədova ilə evlənib. 2012-ci ildə Ədliyyə Akademiyasının rektor əvəzi olan Kamran Balayev ilə Oqtay Əsədovun qızı arasında qalmaqallı boşanma prosesi baş tutub. Məhkəmə çəkişmələrindən sonra Kamran Balayev Londona köçüb. 2013-cü ildə Londonda 2 şirkət – “Attorneys Without Borders” və “Varsity Court Limited” şirkətlərini təsis edib. 2014-cü ildə daha bir şirkət - “International Jurisdications Ltd” şirkətini qeydiyyata aldırıb. Bir neçə ildən sonra bu şirkətlər ləğv edilib. Kamran Balayev 2018-ci ildə təsis etdiyi şirkəti - “International Risk Ltd” (yeni adı “E-London Ltd”) şirkətini isə qeyd etdiyimiz kimi bu il Gülşən İbrahimovaya satıb.

Onu da bildirək ki, adını qısaldaraq özünü “Kam” olaraq təqdim edən Kamran Balayev 2020-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürüb. Açıqladığı tərcümeyi-halında Kembric Universiteti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunu olduğunu bildirir.

Tarix
2022.07.27 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla