Yuxarı

Magistraturaya boş qalan yerlərə qəbul elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2022-ci il avqustun 8-dən 14 dək ixtisaslaşma seçimi elan edib.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, boş qalan yerlərə qəbul 20 fevral və 29 may 2022-ci il tarixlərində keçi­rilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 14 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Tarix
2022.08.08 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla