Yuxarı

Bank kartlarından pul oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank kartlarından pul oğurlayanlar tutuldu

Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə DİN-ə çoxsaylı müraciətlər daxil olub. Bu məlumatlar nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri - Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər. Məhəmməd Babazadə və Güləli Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi adı altında 500 manatdan 6000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər. Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Daha sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Məhəmməd Babazadə və Güləli Kazımovun ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir.

"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. Sonda bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.

Tarix
2022.08.10 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla