Yuxarı

Türklər Macarıstanda topladı, mühüm mesajlar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər iki ildən bir Macarıstanda keçirilən Hun-Türk Qurultayının ötən gün tarixi Macarıstan Parlamentində Türk Dövlət rəsmilərinin və 200-dən çox nümayəndənin iştirakı ilə açılışı olub.

Axar.az xəbər verir ki, bu barədə qurultayda iştirak edən qeyri-hökumət sektorunun nümayəndəsi İlqar İlkin məlumat yayıb.

O bildirib ki, Macarıstan parlamentinin vitse-spikeri, bu Qurultayın əsas hamiçisi kimi tanınan Sandor Lezak çıxışında qədim hunların övladları olan macar xalqının öz qardaşları ilə yenidən bir araya gəlib, tarixi bağlarını daha da möhkəmləndirməsini bu millətlərin təbii haqqı olaraq qiymətləndiib.

S.Lezak çıxış edərkən, mikrafonda texniki nasazlıq baş versə də, o buna özünəxas yumor və incəliklə münasibət bildirib:

"70 il danışdıq, səsimizi eşidən olmadı, bu gün isə biz həm danışır, həm də bir-birimizi eşidirik və artıq bizim nə danışdığımızı da yaxşı bilirlər".

S.Lezak qurultayın bütün türk xalqlarının birliyində özünəməxsus yeri olduğunu qeyd edərək, Macar Turan Fondunun sədri Andros Bironun xidmətlərini xüsusi olaraq qiymətləndirib.

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Macarıstan parlamentində çıxışında bu qurultayın türk xalqları arasında tarixi, mədəni, elmi və iqtisadi baxımdan çox əhəmiyyətli olduğunu bildirib:

"Tarixi İpək Yolu 45 şəhəri bir-birinə bağlayır və bu şəhərlərin ən önəmliləri türk dövlətlərinin ərazisindədir. Bu yol dünyanın bel sütunudur, dövlətlərin yaratmış olduğu gözəl əlaqələr bu sütunu daha da möhkəmlədir. Bəzi dövlətlər Türk Dövlətləri Təşkilatının nəyə görə yarandığını anlamaqda çətinlik çəkir. Bizim onlara sözümüz budur ki, bu birlik əlaqələrin qurulması, gözəl iqtisadi münasibətlər üçün bir vasitədir. Dünyada birliklər mövcuddur və onlar öz bölgələrini inkişaf etdirmək istəyir. Türk Dövlətləri Təşkilatının məqsədləri də yalnız bundan ibarətdir".

Türksoyun Baş katibi Sultan Raev, TürkPA-nın sədri Mehmet Sürəyya Er, Türk Akademiyasının sədri Darhan Kıdırali, Qırğızstanın mədəniyyət, informasiya və idman naziri Azamat Camankulov da öz çıxışlarında Macarstanın türk birliyindəki rolundan danışıb, türk dünyasının gələcəyi ilə bağlı fikirlərini bildiriblər.

Xatırladaq ki, sonuncu dəfə 2018-ci ildə keçirilən 6-cı qurultaydan sonra bütün dünyada mövcud olan pandemiyaya görə 7-ci qurultay da ertələnmiş, iki illik bir fasilə verilmişdi.

Tarix
2022.08.13 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla