Yuxarı

“Kontakt” şəhid ailələrinin kredit borclarını ləğv edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kontakt” mağazalar şəbəkəsi erməni təxribatı nəticəsində ötən gün şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və şəhid qəhrəmanlarımızın və onların ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir.

Axar.az xəbər verir ki, şirkət “Vətən müharibəsi” dövründə hazırladığı “Qarabağ Proqramı” na uyğun olaraq bu dəfə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəsinə götürür.

“Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var. Bu borcu qismən də ödəmək üçün “Qarabağ Proqramı” çərçivəsində davamlı tədbirlər həyata keçiririk” deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, proqram çərçivəsində bu günə qədər şəhid və I qrup qazi ailələrinin ümumilikdə 267 563 manat məbləğində borcu şirkət tərəfindən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir. “Qarabağ Proqramı” barədə daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Tarix
2022.09.14 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi

Azərbaycanda general işdən çıxarıldı

Şahbaz Şərif Bakıya gəlir: Sazişlər olacaq

Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? - Manqasaryan

Vahid Ələkbərovun oğluna da sanksiya tətbiq edildi

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Məşhur polkovnikə yüksək vəzifə verildi

Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi

Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Babacanyan: Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla