Yuxarı

Bakıda sıxlığın yaranma səbəbləri: DYP çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sıxlığın yaranma səbəbləri: DYP çağırış etdi

Sıxlıq hər bir ölkənin böyük şəhərlərində yaşanan bir haldır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli deyib.

O bildirib ki, əksər hallarda hərəkətin intensiv olduğu yollarda bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması sıxlığın yaranmasına gətirib çıxarır:

“Xüsusilə də söhbət dayanma və durma qaydalarından gedir. Sürücü nəzərə almalıdır ki, nəqliyyat vasitəsini qadağan edilən yerdə saxlaması yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsi ilə yanaşı, yol-nəqliyyat hadisəsinin də baş verməsinə real zəmin yaradır”.

Onun sözlərinə görə, sıxlıqların yarana biləcəyi ərazilərdə yol polisi əməkdaşları nəzarət tədbirlərini həyata keçirir və sıxlığın qarşısını almağa çalışır.

T.Nəsirli sürücüləri məsuliyyətli olmağa çağırıb:

“Hərəkət iştirakçılarının hər biri yol hərəkəti qaydalarına ciddi şəkilə riayət etməli, özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamalıdırlar. Sürücülər yolda müəyyən edilmiş sürət həddini aşmamalı, sürəti metereolji şəraitə uyğun seçməli, yol nişanları və yolun hərəkət hissəsinin işarələrinin tələblərinə düzgün riayət etməlidirlər. Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində qaydalara səthi yanaşmamalı, onların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı, yerüstü və piyada zolaqlarından istifadə edərək keçməlidirlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər”.

Tarix
2025.01.11 / 00:19
Müəllif
Nazlı Onur
Digər xəbərlər

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla