Yuxarı

Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə beş nəfərin müalicəsi Yeni Klinikada davam etdirilir, bir nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.

"Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.

Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin olunurlar", - məlumatda bildirilib.

Xatırladaq ki, 25 dekabrda AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qroznı səmasında "Pantsir" sistemi ilə vurulub. Ciddi zədələnən təyyarənin Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürüb və zədələndiyi üçün Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Tarix
2025.01.10 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla