Axar.az
Yuxarı

Axar.Az Logo

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul və sıra baxışı keçirib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə Prezidentə minnətdarlıq ediblər.

Daha sonra V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda daxili işlər naziri qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Tarix
2022.09.22 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vyetnam təyyarəsi Bakı hava limanında təcili eniş etdi

Azərbaycanın Avropa ailəsinə dəvət olunması...

Şəhərsalma Forumunun bəyannaməsi qəbul olundu

Bakı "yaşıl" enerjinin etibarlı mənbəyi olacaq - Nazir

Şuşada 2500 insan yaşayacaq

Suriyada saxlanılan azərbaycanlılar Vətənə gətirildi

İH-də əməliyyat: baş memar və şöbə müdiri tutuldu

Gecə klubundakı partlayış: hökm oxundu

Məktəb direktorundan şəhidlərə hörmətsizlik - Video

TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla