Ana səhifə Toplum |
Azərbaycan Prezidenti İlham Əliyev 2 ədəd “Togg” avtomobilindən istədi.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsində deyib.
“Əliyev “Birini xidməti, digərini isə iqamətgahda istifadə edəcəyəm” dedi. Avtomobilin sükanını sonuna qədər döndərirsən, olduğu yerdə dönür, amma heç fərqinə varmırsan. Yəni o qədər komfortlu, rahatdır. Bizim xanım da hətta təəccübləndi. Daha əvvəl sınaq yürüşündə saatda 160 km-yə qədər qaldırmışam”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Söhbət zamanı Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Tarix
2022.11.02 / 23:56
|
Müəllif
Axar.az
|