Yuxarı

Azərbaycanda ən çox yağıntı hansı bölgəyə düşüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin noyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 17 gün normadan yuxarı,1 gün norma daxilində, 12 gün isə normadan aşağı olub, orta aylıq temperatur isə 11.4 dərəcə isti qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən ay maksimal temperatur noyabrın 22-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Beyləqan rayonunda 26.4 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 24,5 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə noyabrın 28-i Şahdağda 13.9 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə noyabrın 7-də 3.5 dərəcə isti müşahidə olunub.

“2024-cü ilin noyabr ayında bölgələr üzrə 19 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 174 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 144 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”, - xidmət rəisi deyib.

N.Mahmudov qeyd edib ki, 2024-cü ilin noyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 10-20 sm olub.

“Noyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 18 gün, bölgələrdə isə 16 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.

Tarix
2024.12.04 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı

Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu

Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – Xəritə

Lotereya təşkilatçılarının diqqətinə!

Əsəd rejiminin yıxılması İran və Rusiya üçün nə deməkdir?

Bayramov Kallasla İrəvanı müzakirə etdi

Azərbaycana bunun üçün gəlmişəm - Çavuşoğlu

Bizə Azərbaycanla müharibə lazım deyil - Paşinyan

Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov?

İrəvanla Bakı arasında sülh prosesi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla