Yuxarı

Bəzi sözlərin düzgün tələffüz qaydası müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA orfoepiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını təklif edib.

Bu barədə Axar.az-a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Belə ki, institutda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb.

Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

Bildirilib ki,“Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.

İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].

Tarix
2022.11.23 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı çirkin kampaniyanın arxasında kim dayanır?

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Ceyhun Bayramov Qazaxıstanın keçmiş naziri ilə də danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla