Yuxarı

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir və özəl sektorun müasir tələblərə uyğunlaşdırılmasını ən vacib məsələ hesab edir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə "Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.

"4-cü Sənaye İnqilabı dövründə texnoloji irəliləyişlər iqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsir göstərir. Belə şəraitdə dayanıqlı inkişaf texnoloji tendensiyaları strateji cəhətdən idarə etmək bacarığından çox asılıdır. Azərbaycan rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsidir", - Ə.Əsədov bildirib.

Hökumət başçısı vurğulayıb ki, bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflər sırasındadır.

"Dövlətin rəqəmsal iqtisadiyyata prioritet verdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir. Azərbaycanın "Rəqəmsal İnkişaf Konsepsiyası" və "Süni İntellekt Strategiyası" biznesin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji uyğunlaşmanın sürətləndirilməsinə xidmət edir. Eyni zamanda, 2025-2028-ci illəri illəri əhatə edən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" hazırlanıb. O, qlobal texnoloji tendensiyaları və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmağa yönəlib", - baş nazir qeyd edib.

Tarix
2025.09.29 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Ceyhun Bayramov Qazaxıstanın keçmiş naziri ilə də danışdı

Bu İran vətəndaşlarının məhkəməsi başlayır - Rəsmi

Bayramov Qazaxıstanın yeni XİN başçısı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla